Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında fasilə yarandığı üçün futbolçularını qısa istirahətə buraxan “Qəbələ” ötən gün hazırlıqlarını bərpa edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter”lə səfər oyunundan (2:1) sonra 3 gün məşqlərə ara verən “qırmızı-qaralar” Qəbələdə toplaşıb.
Hazırlığın ilk günündə Roman Qriqorçukun komandası bir məşqlə kifayətlənib. Hazırlıqdan öncə komanda üzvləri bir gün əvvəl 50 yaşını tamamlayan mütəxəssisi təbrik edib. Məşq öncəsi baş tutan yığıncaqda çıxış edən Ruslan Əmircanov bütün futbolçular adından ukraynalı baş məşqçini təbrik edib, yubileylə bağlı xoş arzularını çatdırıb.
Axşam məşqində “Qəbələ”nin bütün futbolçuları iştirak etməyib. Ruslan Abışov və Cavid Hüseynov Azərbaycan millisinin heyətində Avropa çempionatının Malta ilə seçmə oyununa hazırlaşdığından, Tellur Mütəllimov 21 yaşadək futbolçulardan ibarət yığmanın toplanışına qatıldığından “qırmızı-qaralar”ın düşərgəsində deyil. Müalicəsi davam edən braziliyalı Dodo da Qəbələdə baş tutan məşqə qatılmayıb. Zədəsi olan Elvin Camalov isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, “Qəbələ” klubu bu gündən hazırlıqlarını gündə iki məşqlə davam etdirəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu