Dieqo Kosta İspaniya millisindən kənarlaşdırıldı

Dieqo Kosta İspaniya millisindən kənarlaşdırıldı
XƏBƏR 23 Mart 2015 / 19:00 8173
-  A +

İspaniya millisinin heyətində dəyişiklik edilib.

Qol.Az-ın "France Football"a istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Dieqo Kosta zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.

"Hall Siti" ilə Premyer Liqa oyununda (3:2) bud nahiyyəsindən zədələnən futbolçunun İspaniya millisinə kömək edə bilməyəcəyi dəqiqləşib. Onu "Malaqa"nın forvardı Xuanmi əvəzləyib.

Qeyd edək ki, İspaniya yığması "Avro-2016"nın seçmə mərhələsində martın 27-də Ukrayna yığması ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner