"Neftçi" "Qaradağ Lökbatan"la bərabərə qaldı

"Neftçi" "Qaradağ Lökbatan"la bərabərə qaldı
XƏBƏR 23 Mart 2015 / 17:04 4167
-  A +

“Neftçi” klubu bu gün hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Arif Əsədovun komandası birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş 1:1 hesabı ilə nəticələnib.

“Neftçi”dən Nikolas Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?