Övladına görə Azərbaycanla oyuna gəlmir

Övladına görə Azərbaycanla oyuna gəlmir
XƏBƏR 23 Mart 2015 / 14:13 7150
-  A +

Malta millisinin lider futbolçularından olan Klayton Failla martın 28-də Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək.

Qol.Az-ın Malta mətbuatına istinadən yaydığı xəbərə görə, Failla doğuş ərəfəsində olan həyat yoldaşının yanında qalmaq qərarı verib. Bu həftə futbolçunun övladının dünyaya gələcəyi gözlənilir.

Beləliklə, üzürlü səbəbdən K.Failla martın 25-də Tiflisdə Gürcüstanla yoxlama, martın 28-də isə Azərbaycanla rəsmi oyunu buraxmalı olacaq.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?