"3 oyuna qol vurmadan üst-üstə 11 top buraxdıq. Ona görə də istefa verdim". Bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verən Mirbağır İsayev deyib.
O, komandasının Bakıda keçirilən Avropa çempionatının elit-raundundakı çıxışından məyus olduğunu bildirib: "Məğlubiyyətə üzülmürəm. Komandamın qorxaqlığına üzülürəm. Mübarizəsiz təslim oldular. Öz komandama görə üzüldüm. Bu turnirdə aciz və xaraktersiz komanda gördüm. Mən danışarkən bu komandaya ümid edirdim. Uşaqlara uğurlar arzu edirəm. Özümü hamıdan çox qınayıram. Ona görə ki, bu dəfə komandaya təzyiq etmədim. Özüm oynamıram, amma komandama inanırdım. Artıq inanmıram. İnanmıramsa, getməliyəm. Mənim özümə gücüm çatır".
İsayev qərarından dönməyəcəyini də deyib: "Bu gün yığmadan istefa verdim. Hər bir halda AFFA-nın fikrinə hörmətlə yanaşıram, amma bu millini çalışdırmayacağam. Mənim borcumdur ki, AFFA-ya hesabat verim. Heç kəs qarşıma ikinci mərhələ şərtini qoymayıb. Futboldan yox, U-17-dən gedirəm. Yekun iclas edib, komandayla görüşüb ayrılacağam".
Gənc mütəxəssisin sözlərinə görə, millimizin elit-raund qarşılaşmalarını evdə keçirməsi Azərbaycan futbolunun xeyrinə olub. Bununla belə, baş məşqçi meydanda ən azı əzmkar komanda görə bilmədiyini vurğulayıb. "Futbol - kişi oyunudur" deyən İsayev gələcəklə bağlı hələ planının olmadığını da əlavə edib: "Gedirəm, ailəmlə bayram keçirməyə. 20 gündür başım komandaya qarışıb".
Qeyd edək ki, Azərbaycan yığması elit-raunddakı qrup matçlarında Xorvatiya və Serbiyaya 0:4, Portuqaliyaya 0:3 hesabı ilə uduzub (sportnet.az).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi