Fransa nəhəngindən Poqbaya rəsmi təklif

Fransa nəhəngindən Poqbaya rəsmi təklif
XƏBƏR 21 Mart 2015 / 16:45 6310
-  A +

“Yuventus”un hücumçusu Pol Poqbaya PSJ-dən rəsmi təklif gəlib.

Qol.Az-ın məlumatına görə, bunu yerli mətbuata açıqlamasında Turin klubunun idman direktoru Pavel Nedved    deyib.

“PSJ-nin bizə rəsmi təklif göndərməsi xəbəri düzdür. Bundan əlavə “Barselona” və  “Real” da hücumçumuzla yaxından maraqlanır” – deyə Nedved qeyd edib.

Fransalı futbolçunun meneceri Mino Roila keçən həftə açıqlamasında Poqbanın “Real”a keçmək fikrinin olmadığını deyib.

Xatırladaq ki, hazırda zədəli olan futbolçu may ayına qədər meydana çıxa bilməyəcək.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?