“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandalar keçirdikləri 8 oyundan 6-da qalib gələ bilib.
U-17 komandası “Bakcell U-17 Liqa” da çıxış edən klublar üçün təşkil olunan kubok yarışında növbəti sınağına çıxıb. “Qırmızı-qaralar” yarımfinalın ilk oyununda “Neftçi”ni məğlub edib – 3:2. Komanda final yolunda son addımını aprelin 6-da səfərdə keçiriləcək cavab qarşılaşmasında atmalı olacaq.
Digər komandalar isə liqalarda oyunlarını keçirib. U-19 Liqasında 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Rəvan”a məğlub olub – 1:2. 21 matçda 41 xal toplayan komanda növbəti turda istirahət edəcək. Kubok oyunundan başqa, liqa matçına da çıxan U-17 səfərdə “Xəzər Lənkəran”a qalib gəlib – 4:3. 15 görüşdə 41 xal yığan “qırmızı-qaralar” vahid liderliyini davam etdirir. Komanda növbəti turda “İnter”i qəbul edəcək.
Son bir həftədə rəsmi matç keçirməyən U-16 19 oyunda topladığı 50 xalla liderdir. Növbəti turda komanda “Turan”ın qonağı olacaq. 19 qarşılaşmada topladığı 41 xalla 2-ci olan U-15-in AZAL-la səfər görüşü təxirə salınıb. “Qəbələ” növbəti turda “Xəzər Lənkəran”ı qəbul edəcək. Ardıcıl 2 oyun keçirən U-14 “Vətən RİOEUGİM”i 3:1 məğlub edib, “Neftçi” PFK ilə heç-heçəylə kifayətlənib – 2:2. 12 matçda 31 xal toplayan “qırmızı-qaralar” paytaxt zonasında 2-ci pillədə qərarlaşıb.
U-13 Yevlaxın “Rabitəçi” komandasını böyük hesabla məğlub edib – 12:0. 10 oyunda 25 xal qazanan təmsilçimiz Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının vahid lideridir.
Eyni zonada çıxış edən U-12 Şəki UGİM-ini 6, Yevlax UGİM-ini 11 cavabsız qolla keçib. Zonanın lideri olan komanda 11 matçda 29 xal toplayıb.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər
"Milan" və "Beşiktaş"dan qələbə
Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi