Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin müsahibəsi
- I Avropa Oyunlarında çimərlik futbolu yarışları keçiriləcək. Bu da sizin üçün daha artıq məsuliyyət deməkdir...
- Əlbəttə ki, bu böyük məsuliyyətdir. Çünki ölkəmizi təmsil edəcəyik. Həm federasiya, həm də komanda üçün özünü göstərmək mənasında böyük şansdır. Bu, çimərlik futbolunun məşhurluq qazanmasına, ölkədə daha da artıq tanınmasına fürsət yaradacaq. Bu məqsədlə hər ay xarici ölkələrə səfərlər edir, oradakı güclü komandalarla qarşılaşırıq. Mütəmadi olaraq məşqlər keçirilir və deyə bilər ki, komanda hazır vəziyyətdədir.
- Çimərlik futbolu komandası yenidən yaranıb. Yəni, hər şey sıfırdan başlayıb...
- Bəli, biz hər şeyi sıfırdan başlamışıq, ilk yarışımız isə İspaniyada beynəlxalq turnir olub. O zaman bizim oyunçular qumun üzərinə topun necə qoyulmalı olduğunu bilmirdi. Daha sonra hər şey öz qaydasına düşdü. İndi yaxşı komandamız var. Artıq komandamız Avropada 13-cü pillədədir. Bu da böyük göstəricidir.
- Çimərlik futbolu üzrə ölkə daxilində hansı çempionatlar keçirilir?
- Respublika kuboku, Super Liqa keçirilir, 6 peşəkar komandamız var. Ola bilsin ki, PR işləri düzgün aparılmır. Ötən il avrokuboku da Azərbaycanda keçirməyə nail olduq.
- Peşəkar klublara futbolçu seçimində hər hansı bir çətinliklə üzləşmirsiniz?
- Çətinlik yox, hətta dəstək də olur. Hər futbolçu milliyə düşə bilmir. Özünü göstərmək istəyən futbolçular bizə müraciət edir və öz növbəmizdə onlara dəstək veririk.
- Oyunlarda çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri Portuqaliya, İsveçrə və Ukrayna yığmaları olacaq...
- Komandamız oyunlara hazırdır. Xaricə səfərlərimizin məqsədi idmançılarımızın təcrübəsini artırmaqdır. Bizdə beynəlxalq arenalarda oyun təcrübəsi azdır və bunu artırmaq lazımdır. İnanıram ki, bu dəfə komanda hər tərəfli hazır olacaq və gözəl oyun göstərəcək.
- Daha çox toplanış üçün BƏƏ-ni seçməkdə məqsəd nədir?
- Qış vaxtı havaya görə biz oranı seçirik. Lakin o demək deyil ki, ancaq BƏƏ komandaları ilə qaşrılaşırıq. Orada müxtəlif komandalarla yoldaşlıq oyunu keçiririk və təcrübə toplayırıq.
- Azərbaycan Avropa Oyunlarında neçənci yeri tuta bilər?
- Yoldaşlıq görüşü başqadır. Ancaq rəsmi oyunlarda başqa ab-hava olur. İsveçrə güclü komandadır. Portuqaliya ilə qarşılaşmışıq və başabaş mübarizə gedib. Məşqçimiz də Portuqaliyadan olan güclü mütəxəssisdir. O, bütün nüansları futbolçulara başa salacaq. İnanıram ki, Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edə biləcəyik.
Mənbə: Report.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi