"AZAL daha istəkli idi" – Elbrus Məmmədov

"AZAL daha istəkli idi" – Elbrus Məmmədov
XƏBƏR 18 Mart 2015 / 18:45 3080
-  A +

“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Premyer Liqanın 26-cı turunda "AZAL"a uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

E.Məmmədov komandasının son iki oyunda zəif təsir bağışladığını bildirib: "Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”. 

Daha çox


Son xəbərlər
topaz banner