"Qarabağ"a həyəcan yaşada bildik" - Aqil Məmmədov

"Qarabağ"a həyəcan yaşada bildik" - Aqil Məmmədov
XƏBƏR 18 Mart 2015 / 18:33 3072
-  A +

“Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam. Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 26-cı turunda "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Q.Məmmədov məğlubiyyətə baxmayaraq komandasının "Qarabağ"a həyəcan yaşatdığını bildirib: "Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner