Çixradze qələbəni şərh etdi

Çixradze qələbəni şərh etdi
XƏBƏR 18 Mart 2015 / 17:54 1648
-  A +

"Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk hissədə 2-ci qolu vurmağı da bacardıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Simurq"un baş məşqçisi George Çixradze Premyer Liqanın 26-cı turunda "Bakı"ya qalib gəldikləri oyundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis komandasının bu oyunda çox vacib üç xal qazandığını bildirib: "Oyuna 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2-3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”.  

Daha çox


Son xəbərlər