"Erkən qol ucbatından uduzduq" – İbrahim Uzunca

"Erkən qol ucbatından uduzduq" – İbrahim Uzunca
XƏBƏR 18 Mart 2015 / 17:51 1718
-  A +

"Bu gün yenə buraxılan erkən qol ucbatından məğlub olduq. İkinci hissədə isə komandam yaxşı futbol sərgiləməyə başlasa da, yetərli olmadı".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 26-cı turunda "Simurq"a məğlub olduqları oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis oyunun hakimliyi haqda danışmaq istəmədiyini bildirib: "Hakimlər barədə heç nə danışmaq istəmirəm. Əslində, bundan öncə də hakimlər barədə pis danışmırdım. Sadəcə, dediklərimin xeyri yoxdur. Mən hakimləri öz bildikləri ilə baş-başa buraxıram. Sadəcə, istədiyim bir məsələ var ki, düzgün qərar versinlər.

Mən isə öz növbəmdə futbolçularıma təşəkkür edirəm. Bu gün 0:3 hesabı ilə məğlub olmaya da bilərdik. Amma gənc futbolçulardır, belə xətalar mümkündür. Bütün bunlara rəğmən, mən gənclərin Azərbaycan futbolunda iz buraxacağına ümid edirəm”.

Son xəbərlər