Yığmamızdan böyükhesablı qələbə

Yığmamızdan böyükhesablı qələbə
XƏBƏR 18 Mart 2015 / 17:15 2813
-  A +

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

BƏƏ komandasının qapısından topları yığmamızın heyətində Sevinc Cəfərzadə, Natalya Rodelqo, Nigar Cəlilli və Aliyə Vəliyeva keçirib. Bir dəfə isə avtoqol qeydə alınıb.

Son xəbərlər