Türkiyə mətbuatı "Boluspor"da çıxış edən millimizin futbolçusu Vaqif Cavadovu kəskin tənqid edib.
Qol.Az-ın məlumatına görə, idman yazarı Təkin Aytuqar futbolçumuzun çıxışını pisləyib.
“Boluspor”un trasnsfer siyasətini tənqid edən Aytuqar millimizin hücumçusu haqda da fikrini bildirib:
"Bu günə qədər canlı izləmədiyim matçların heç birinə fikir bildirməmişəm. Ancaq "Bucaspor"a verdiyimiz bir xaldan sonra yazdığım yazının altında adı başqa, cismi başqa olan şəxslərin fikirlərini görəndə pis olmamaq mümkün deyildi.
Yaxşı, bu həftə nədən yazaq? “Boluspor" çox yaxşı oynadı, "Boluspor" meydanın hər yerində vardı, oyun boyunca yüzlərlə qol imkanları yaratdıq. Baş məşqçimiz oyuna o qədər gözəl müdaxilə etdi ki, oyunçu dəyişikliyi o qədər yerində idi ki, sadəcə meydança futbol oynamaq üçün əlverişli deyildi. Qış fasiləsində aldığımız oyunçular komandaya elə xeyir verdilər ki, bu futbolçuları "Boluspor"a gətirənlərə dərin minnətdarlığımı bildirirəm. Saytlarda Cavadovun "İnter"də oynadığı yazırdılar. Əslində o, Milan deyil, Bakı "İnter"ində çıxış edirmiş. Yaratdığı üç qol fürsətindən ikisində əməyi olan Əmrə Kılıçı çıxarıb, əvəzinə "İnter"li Cavadovu meydana daxil edirsən, sonra da qol olacaq, deyə gözləyirsən. Oyunda olduğu 27 dəqiqə ərzində "İnter"li Vaqifi meydançada görən oldumu?"
Qeyd edək ki, 25 yaşlı hücumçu qış transfer dönəmində "Qaziantep BB"dədən "Boluspor"a keçib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...