UEFA-ya üzv ölkələrin milli komandalarının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda 60 futbolçu yer alıb.
UEFA-ya yeni üzv olan Cəbəllütariq yığmasının üç futbolçusu Roy Çipolina, Ceyk Qoslinq və Kayl Kaskiaro hərəyə bir qol vurmaqla ölkələrinin ən məhsuldar futbolçuları statusunu daşıyırlar.
Belçika, Şotlandiya, Rumıniya və Danimarka yığmalarının isə iki futbolçusu eyni sayda qol vurub. Siyahıya 84 qolla Macarıstan millisinin əfsanəvi hücumçusu Ferens Puşkaş başçılıq edir. Almaniya yığmasının sabiq hücumçusu Miroslav Kloze isə 71 qolla ikincidir.
Azərbaycan UEFA-nın bombardirlər siyahısında bir futbolçu ilə təmsil olunur. Millimizin sabiq hücumçusu Qurban Qurbanov da siyahıda yer alıb. O, yığmamızın heyətində 14 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, hazırda "Qarabağ" klubunu çalışdıran Qurban Qurbanov 1992-2005-ci illərdə yığmamızın şərəfini qoruyub.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu