"Turnirin açılış oyununda meydan sahiblərinə qarşı oynamaq hər zaman çətindir. Lakin Azərbaycan millisi ilə oyun yığmanın gənc futbolçuları üçün yaxşı təcrübə olacaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiyanın U-17 yığmasının baş məşqçisi Dario Basiç deyib.
Xorvatiya mətbuatına danışan təcrübəli mütəxəssis Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarında qarşılaşacaqları Azərbaycan millisində çatışmazlıqların olduğunu bildirib:
"Məqsədimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bakıda birincilik uğrunda mübarizə aparacağıq. Komandanın potensialı buna imkan verir. Azərbaycan millisinin İsveçrə və Belçika ilə oyunlarını izləmişəm. Rəqibin heyətində bəzi çatışmazlıqlar aşkar etdim".
Qeyd edək ki, Xorvatiya yığması turnirdə ilk oyununu sabah millimizə qarşı keçirəcək.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu