Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin müsahibəsi
- İlk öncə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində izlədiyiniz AZAL - "Neftçi" matçı (0:1) haqda fikirlərinizi bilmək istərdik.
- Maraqlı oyun alındı. Xüsusən də ikinci hissədə. İlk yarıda "Neftçi" hesabı açdı. Fasilədən sonra AZAL üstünlüyə yiyələndi. Qol vurmaq üçün şansları da oldu. Əgər AZAL qol vursaydı, yekun nəticə tam fərqli olardı. Ümumi götürdükdə, hər iki tərəf baxımlı futbol sərgiləməyə çalışırdı.
- "Avro-2016"nın seçmə mərhələsində Maltaya qarşı keçiriləcək oyuna elə də çox vaxt qalmayıb. Hazırlıq planını artıq müəyyənləşdirmisiz?
- Martın 18-də ölkə çempionatında daha bir turun oyunları keçiriləcək. Həmin vaxtı gözləməliyik. Amma ümumi götürdükdə, artıq 5 aydır Azərbaycandayam və demək olar ki, futbolçuların hamısının bacarığına bələdəm. Fevralda Antalyada təlim-məşq toplanışı keçirdik. Martın 22-də millinin üzvləri bir araya gələcək.
- Dəvət edəcəyiniz futbolçuların siyahısı tam məlumdur?
- Dəvət edəcəyim futbolçuları böyük ölçüdə müəyyənləşdirmişəm. 23-24 futbolçuya dəvət göndərəcəyəm.
- Azərbaycan millisində rəsmi debüt edəcəyiniz Malta ilə oyundan öncə sizi daha çox hansı məsələ narahat edir?
- Elə bir ciddi narahatçılığım yoxdur. Futbolçuları və komandamı tanıyıram, onlardan razıyam. Fevraldakı toplanışdan fərqli olaraq bu dəfə ölkə xaricində legioner həyatı yaşayan futbolçular da yığmanın düşərgəsində olacaq. Belədə komanda daha güclü təsir bağışlayacaq.
- Bu gün yığmada hücumçu probleminin olduğu hiss olunur. Sizə qədər əsas hücumçu hesab olunan Rauf Əliyev "Neftçi"nin əsas heyətindən kənarda qalıb. Eləcə də “Sumqayıt”da oynayan Məhəmməd Qurbanov son zamanlar fərqlənə bilmir...
- Bu fikirlə razıyam. Amma nəzərə almaq lazımdır ki, Məhəmməd Qurbanov “Sumqayıt”da çıxış edir və bu klubun qol vurmaq üçün hər oyunda kifayət qədər şansı olmur. Bununla belə o, 8 qol vurub və daim əsas heyətdə yer alır. Raufa gəldikdə, o qış fasiləsindən sonra mütəmadi olaraq meydana çıxmır. Çempionatı izləyirik, futbolçuların durumu ilə tanışıq. Siyahını açıqlayan zaman bunları nəzərə alacağıq. Malta ilə görüşə klublarında 80 faiz oynayanlar dəvət alacaq.
- Sizdən əvvəl elə olub ki, Rauf Əliyev klubunda zəif təsir bağışlasa da, millidə tam fərqli oyun sərgiləyib. Bundan xəbəriniz var? Eləcə də Raufun ən azı təcrübəsinə görə milliyə çağırılacağını düşünmək olar?
- Bundan xəbərim var. Amma mənim üçün futbolçunun hazırkı durumu daha vacibdir. Əvvəlki xidmətlərinə görə kimisi komandaya götürmək düzgün deyil. Seçim zamanı da bunu nəzərə alacağıq. Kim hazırdırsa, ona da dəvət göndərəcəyik. Çempionatın oyunlarını daim izləyirəm. Bayaq da dediyim kimi, Malta ilə görüşə klublarında mütəmadi oynayanlar dəvət alacaq.
- Martın 28-dəki oyundan əvvəl Malta Gürcüstanla qarşılaşacaq. Həmin oyunu izləmək üçün siz və ya köməkçilərinizdən kimsə Gürcüstana yollanacaq? Yoxsa, "İnter"in və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadzedən lazımı məlumatları alacaqsınız?
- Martın 25-də keçiriləcək həmin oyunu köməkçilərimdən Elxan Abdullayev izləyəcək. Bizə lazım olan məlumatları gətirəcək. Maltanın bir neçə oyununun video yazısını izləmişəm. Bu qarşılaşamaya da baxacam.
- Çoxları düşünür ki, Malta zəif rəqibdir. Bu fikirlə razısınız?
- Xeyr, rəqibimiz zəif komanda deyil. Onlara qarşı oynamaq çətin olacaq. Ancaq əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Mütəxəssislər və mətbuat yığmanın qapısını qorumağa Səlahət Ağayevlə yanaşı Kamran Ağayev və Emil Balayevi namizəd hesab edir. Düşünmürsüz ki, bu gün Səlahət Ağayev üçün ən layiqli rəqib Aqil Məmmədovdur?
- Mən düşünmürəm ki, Azərbaycan millisinə yalnız adını çəkdiyiniz 3 qapıçı namizəddir. Bizim qapı xətti ilə bağlı problemimiz yoxdur. Andrey Popoviç və Aqil Məmmədov da namizədlərimiz arasındadır. Kamran son turda “Kayserispor”un heyətində meydana çıxdı. Emil Balayev isə perspektivli qapıçıdrı. Düzdü, o hələ ki "Ayntraxt"da əsas heyətdə oynamır, amma istedadlıdır. Səlahət isə komandasında mütəmadi oynayır. Buna görə də qapı ilə bağlı problemimiz yoxdur.
- Bir müddət əvvəl qızınız üçün Bakıda məktəb axtardığınızı demişdiniz. Bu məsələni həll edə bildiniz?
- Məktəb məsələsini həll etmişik. Qızım məktəbə gedir və hazırki durumundan məmnundur.
Mənbə: Fulbolxeber.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?