Elxan Məmmədov yığmanın üzvləri ilə görüşdü

Elxan Məmmədov yığmanın üzvləri ilə görüşdü
XƏBƏR 12 Mart 2015 / 13:38 2109
-  A +

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda təşkil olunacaq.

Son xəbərlər