"Qızıl top"u qazanmağım üçün 80 qol vurmalıyam"

"Qızıl top"u qazanmağım üçün 80 qol vurmalıyam"
XƏBƏR 9 Mart 2015 / 18:57 5867
-  A +

"Real"ın hücumçusu Kərim Benzema maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "BeIn Sports"a danışan fransız futbolçu "Qızıl top"u qazanması üçün mövsüm ərzində 80 qol vurmalı olduğunu bildirib:

"Qızıl top"u qazanmaq mənim əsas hədəflərimdən biridir. Həmişə bu barədə düşünürəm. Hər bir futbolçu bu mükafatı qazanmaq istəyir. Bunun üçün nə etmək lazımdır? Düşünürəm ki, mən daha çox titul qazanmalı və mövsüm ərzində 80 qol vurmalıyam".

 


Son xəbərlər