AFFA Klublar Komitəsinin (KK) sədri Tuyqun Nadirov İcraiyyə Komitəsinin (İK) iclasında gənc futbolçuların əmək haqlarına limit qoyulması barədə qərarı şərh edib.
Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, T.Nadirov bu qərarı KK-nın 3 ay ərzində gördüyü işlərin nəticəsi və rəhbərlik etdiyi komitənin qələbəsi adlandırıb.
Onun sözlərinə görə, Klublar Komitəsinin fəaliyyəti artıq öz bəhrəsini verməkdədir: "Bütün klubların sözü bir yerə qoyaraq, qəbul etdikləri qərar AFFA İcraiyyə Komitəsində qüvvəyə minib. Təklifimiz federasiya rəhbərliyi və İcraiyyə Komitəsi tərəfindən dəstəklənib. KK adından başda Rövnəq Abdullayev olmaqla, İK üzvlərinin hamısına təşəkkürümü bildirirəm. Onlar klubların bir araya gələrək, qəbul etdikləri qərarı qüvvəyə mindiriblər. Bu da o deməkdir ki, Klublar Komitəsinin fəaliyyəti artıq öz bəhrəsini verməkdədir".
T.Nadirov bildirib ki, KK legioner limiti məsələsini İK-də ümumiyyətlə qaldırmayıb: "Bizim belə təşəbbüsümüz olmayıb. İK-nın iclasına rəsmən, yazılı şəkildə göndərdiyimiz məsələ gənc futbolçuların məvacibləri ilə bağlı olub".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasında 2015/2016-cı il mövsümündən 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min manat, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min manat müəyyənləşdirilib. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aktivindən xalların silinməsi, maliyyə sanksiyası və futbolçunun diskvalifikasiyası kimi cəzalar tətbiq olunacaq.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
DÇ-2026-da 1/4 finalın son iki oyunu
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı