“İnter”in prezidenti azarkeşlərlə görüşdü

“İnter”in prezidenti azarkeşlərlə görüşdü
XƏBƏR 7 Mart 2015 / 01:00 2679
-  A +

“İnter"in prezidenti Georgi Nikolov "İnter" Azarkeş Klubunun üzvləri ilə görüşüb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "İnter Arena" stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə  Nikolov "İnter" komandasına göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.

Azarkeş klubları arasında münasibətlərin normal saxlanılmasının əhəmiyyətinə toxunan klub prezidenti azarkeşlərə oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməli olduqlarını bildirib.. Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparıldı.

Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparılıb.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya