"Qalatasaray"ın sabiq futbolçusu "Malyorka"da

"Qalatasaray"ın sabiq futbolçusu "Malyorka"da
XƏBƏR 5 Mart 2015 / 22:38 5571
-  A +

"Qalatasaray"ın sabiq futbolçusu Albert Rieranın yeni klubu müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi İspaniya klubu "Malyorka" ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, o, 2015/2016 mövsümünün sonuna kimi "Malyorka"da oynayacaq.

Qeyd edək ki, A.Riera ötən ilin yanvarında "Qalatasaray"dan ayrılıb. Daha sonra o, "Uotford", "Udineze" klublarında çıxış edib.


Son xəbərlər