Millimizin sabiq kapitanı, hazırda AZAL-ı çalışdıran Tərlan Əhmədov "Neftçi"nin kubokda onlara oyun verəcəyi haqda iddialara münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, o Azərbaycan kubokunun "Neftçi" – AZAL oyunundan sonra keçirilən mətbuat konfrasında deyib ki, onun hansısa klublara danışığa getməsi mümkün deyil.
"Mən əqidəmi qoruyan insanam. Kimsə mənə "oyun ver, oyun sat" təklifində buluna bilməz" - deyə T.Əhmədov iddiaları təkzib edib.
T.Əhmədov onu da qeyd edib ki, hələ 2000-ci ildə Bakıda millimizin Türkiyə ilə qarşılaşdığı oyundan öncə ona rəqib komandaya oyunu "verməsi" üçün təzyiq olunub:
"Həmin oyundan (qeyd edək ki, Türkiyə millisi bu qarşılaşmada 1:0 hesabı ilə qalib gəlmişdi – red.) öncə bizə, xüsusən kapitan olduğum üçün mənə təzyiqlər var idi. Oyunu türklərə "verməyimizi" istəyirdilər, amma mən buna getmədim”.
T.Əhmədov onlara konkret kim tərəfindən təzyiq olunduğu haqda da danışıb. Bildirib ki, o vaxtkı millət vəkillərindən bəziləri bu istəkdə bulunub.
“O zaman AFFA-nın prezidenti olan Fuad Musayev yaxınlaşıb bu haqda mənə dedi. Cavab verdim ki, belə fikriniz varsa, mən meydana çıxmıram, əqidəm buna imkan verməz".
T.Əhmədov futbolçu olduğu dönəmdə oynadığı "Olimpik"də (hazırkı AZAl) də eyni hadisə ilə üzləşdiyini söyləyib:
"Olimpik"də oynayanda yerli klubların rəsmilərindən biri oyunu "verməyim" üçün mənə 100 min dollar təklif etmişdi. O komanda qələbə qazansaydı, azərbaycanlı məşqçilərdən biri ora baş məşqçi təyin olunacaqdı. Bir kəlmə "satılmaram" deyib oyuna çıxdım. Qələbə qazandıq və haqq etdiyim 3 min dollar mükafatı alıb cibimə qoydum”.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə