"İlk matçda üç qol vurduq, amma.."

"İlk matçda üç qol vurduq, amma.."
XƏBƏR 4 Mart 2015 / 22:06 3146
-  A +

"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra fikirlərini bildirib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  gürcü mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib:

"Kubok oyunları çətin olur. Çünki nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Düzdür, ilk matçda üç qol vurduq, amma qarşıda cavab qarşılaşması var. Növbəti mərhələyə adlamaq üçün cavab görüşündə də qələbə qazanmaq lazımdır”.

Daha çox


Son xəbərlər