Tərlan Əhmədov "Portu"nun oyununu izlədi

Tərlan Əhmədov "Portu"nun oyununu izlədi
XƏBƏR 4 Mart 2015 / 10:45 2878
-  A +

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Pasuş de Ferreyra"nın düşərgəsində olan T.Əhmədov fürsətdən istifadə edərək Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib.

 O, əvvəlcə "Portu" - "Sportinq" (3:0), sonra isə "Belenenseş" - "Pasuş de Ferreyra" (0:1) görüşlərində stadionda olub.

Qeyd edək ki, T.Əhmədov dünən gecə saatlarında vətənə qayıdıb. O, bu gün AZAL-ı "Neftçi" ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner