Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, martın 5-də Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edəcək. B.Abbasov ukraynalı Pavel Kuşla üz-üzə gələcək.
B.Abbasovun rəqibi indiyədək keçirdiyi 20 peşəkar döyüşdə 16 qələbə qazanıb, 4 dəfə məğlubiyyətə üzülüb. Kuş Ukraynanın “Combat-DOBRO” klubunun üzvüdür. 182 santimetr boya malik 27 yaşlı idmançı döyüşə - “Döyüşdə stil deyil, usta qalib gəlir” devizi ilə çıxır. Görüşlərini, əsasən, döyüş fəndləri ilə tamamlayan ukraynalı atlet boğucu fəndlərdən də məharətlə istifadə edir. Bəxtiyarın rəqibi kifayət qədər sanballı titulların sahibidir. Kuş beynəlxalq dərəcəli usta olduğu döyüş sambosu üzrə dünya və Ukrayna çempionu, peşəkar döyüş sambosu üzrə dünya kubokunun qalibi, qarışıq döyüş növləri (M-1) üzrə klublar arasında Ukrayna çempionatının (2009-cu il) qalibidir.
Boyu 177 santimetr olan Abbasovun 12-si qələbə, 4-ü məğlubiyyət olmaqla, 16 döyüş var.
29 yaşlı B.Abbasov 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. Ukraynalı rəqibindən fərqli olaraq o, “Ən yaxşılarla döyüş ki, yaxşıların yaxşısı olasan” devizini üstün tutur. İndiyədək 16 dəfə döyüşə çıxan Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca başa vurub. O, 2011-ci ilin dekabrında “ProFC - Grand Prix Global Finals” yarışında Laslo Solteş üzərində qələbə qazandıqdan sonra “ProFC” kəmərinə sahib çıxıb. Bəxtiyar daha sonra “ECSF - MMA Grand Prix of Eastern Europe 2” turnirində fransalı Youness Mikiss üzərində parlaq qələbə qazanıb. 2013-cü ildə isə Bəxtiyar “Cage Warriors Fighting Championship 58” turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri, braziliyalı Çarls Andradeyə qalib gəlib. Azərbaycanlı döyüşçü titulları ilə öyünə bilər: PROFC-GPG çempionu, pankra-tion üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya və Avropa çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə dünya kubokunun qalibi, Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu, beynəlxalq dərəcəli idman ustasıdır.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə