AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda təcrübə keçir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fevralın 25-dən Pireney yarımadasında olan 43 yaşlı mütəxəssis “Pasuş de Ferreyra”nın baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb. Klub muzeyində də olan baş məşqçi eyni zamanda “Pasuş de Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. Əhmədov klubun akademiyasının fəaliyyəti ilə yaxından tanış olmaq şansı qazanıb.
Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, hazırda Primeyra Liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Pasuş de Ferreyra”nın çempionat çərçivəsində “Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək.
Qeyd edək ki, T.Əhmədov martın 3-də vətənə qayıdacaq və “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün