Millimizin üzvü iki dəqiqə oynadı

Millimizin üzvü iki dəqiqə oynadı
XƏBƏR 1 Mart 2015 / 13:27 4585
-  A +

Almaniya II Bundesliqasında 23-cü turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu bu tur səfərdə "Nürnberq"in qonağı olub.

Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1. Nazarov matçın 88-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Karlsrue" 23 turdan sonra 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

topaz banner