Zədə səbəbindən“Qəbələ”nin hazırlıqlarında iştirak etməyən Rəşad Sadiqovla Ruslan Əmircanovun problemi ciddi deyil.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bu barədə komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov məlumat verib. O, hər iki futbolçunun tezliklə komandaya qoşulacağını bildirib. R.Məhərrəmov qeyd edib ki, fevralın 19-da keçirilən Azərbaycan Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la matçının 82-ci dəqiqəsində meydana daxil olan, cəmi iki dəqiqə sonra əvəzlənmək zərurəti yaranan Sadiqovun durumu qənaətbəxşdir:
“Rəşadın əzələsi gərilmişdi. Bu da ciddi problem sayılmır. Maksimum bir həftəyə durumu tam düzələcək. Gələn həftədən yarımmüdafiəçi komandanın məşqlərinə qatıla biləcək”.
Mövsümün ilk yarısında aldığı zədədən sonra əməliyyat olunub, komandaya qayıdan Əmircanov 2015-ci ildə yalnız “Bakı” ilə oyunda meydana çıxıb. Məhərrəmov müdafiəçinin də tezliklə meydana qayıdacağını bildirib:
“Ruslan ötən ilin dekabrında Türkiyənin İstanbul şəhərindəki “Acıbadem” Fulya Xəstəxanasında diz meniskindən əməliyyat olunmuşdu. O, komandanın Antalya toplanışına da qatılmışdı. Lakin III dövrənin ilk oyunundan sonra yenidən ağrılar hiss etdi. Bu üzdən onun yenidən Türkiyəyə yollanmasını, əməliyyatı gerçəkləşdirən həkim tərəfindən təkrar müayinə edilməsini məqsədəuyğun saydıq. Artıq Əmircanovun müayinəsinin nəticələri də məlumdur. Onun da durumunda ciddi problem yoxdur. Futbolçu bu həftə ölkəmizə qayıdır. Rəşad kimi Ruslan da gələn həftədən komandanın məşqlərinə qatıla biləcək. Hər iki futbolçu martın 4-də baş tutacaq kubok matçına hazır ola bilər”.
Qeyd edək ki, “Qəbələ” fevralın 28-də Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ”la səfərdə, martın 4-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq”la evdə qarşılaşacaq.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə