“Başa düşə bilmirəm, Ruslan niyə əsas heyətdə oynamırdı?”
Milli komandamızın baş məşqçisi Robert Prosineçki “Neftçi”nin hücumçusu Ruslan Qurbanovun Xorvatiyanın “Hayduk” klubuna keçməsini şərh edib.
Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bu gün keçirdiyi mətbuat konfransında o deyib ki, Ruslan çox yaxşı futbolçudur: “İnanıram ki, o,”Hayduk”da əsas heyətə düşəcək”.
R.Prosineçki Ruslanın “Neftçi”də əsas heyətdə oynadılmamasına da münasibət bildirib.
“Mən başa düşə bilmirəm, Ruslan niyə “Neftçi”də əsas heyətdə oynamırdı? Bununla həmkarlarımı tənqid etmək istəmirəm. “Neftçi”nin bir çox oyunlarını izləmişəm. Azərbaycan futbolundakı problem odur ki, futbolçular açılıb komanda yoldaşından top istəmir. Ancaq topla olan futbolçu oynayır. Futbolçu dərk etməlidir ki, lazimi mövqeyə çıxıb top istəmək lazımdır. Bu cəhətdən Ruslan çox yaxşı futbolçudur” – deyə prosineçki bildirib.
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı