"İnter"in müdafiəçisi Nemanya Vidiç mövsümün sonunda komandadan ayrılacaq.
Qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, serbiyalı futbolçunun baş məşqçi Roberto Mançini ilə problem yaşadığı bildirilir.
İtaliyalı mütəxəssis Avropa Liqasının 1/8 finalında "Seltik"lə oyunun (3:3) ikinci hissəsində Vidiçi meydana buraxmaq istəyib. Lakin futbolçunun isinmə hərəkətlərinə gecə başlaması və olduqca ağır davranması Mançinini əsəbiləşdirib. Bu səbəbdən Mançini Vidiçi meydana buraxmaq fikrindən daşınıb.
Qeyd edək ki, Vidiç mövsümün əvvəlində "Mançester Yunayted"dən "İnter"ə transfer olunub
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı