Ruslan Qurbanovun yeni baş məşqçisi müəyyənləşdi

Ruslan Qurbanovun yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 21 Fevral 2015 / 13:08 4280
-  A +

Millimizin futbolçusu Ruslan Qurbanovun icarə əsasında çıxış etdiyi "Hayduk" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Xorvatiya klubunu Stanko Poklepoviç çalışdıracaq.

77 yaşlı mütəxəssis 4-cü dəfə Split təmsilçsində baş məşqçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə məxsus olan R.Qurbanov "Hayduk"da bu mövsümün sonuna kimi icarə əsasında oynayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner