"Atletiko"dan Simeoneyə yeni müqavilə

"Atletiko"dan Simeoneyə yeni müqavilə
XƏBƏR 21 Fevral 2015 / 10:47 3140
-  A +

"Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu argentinalı mütəxəssisin meneceri olan bacısı Natalya Simeone ilə yeni müqavilənin şərtlərini müzakirə edib.

"Atletiko" D.Simeone ilə 2022-ci ilə qədər müqavilə imzalamaq istədəyini bildirib.

Qeyd edək ki, D.Simeone 2011-ci ildən Madrid klubunu çalışdırır.


Son xəbərlər