"Arsenal"da yeni müqavilə

"Arsenal"da yeni müqavilə
XƏBƏR 28 Yanvar 2015 / 15:44 3566
-  A +

"Arsenal"ın yarımmüdafiəçisi Mikel Arteta klubla müqaviləsini yeniləyib.

Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "topçular"la 1 illik müqavilə imzalayıb.

Artetanın "Arsenal"la hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 2011-ci ildən "Arsenal"ın şərəfini qoruyan 32 yaşlı futbolçu cari mövsüm zədə səbəbindən cəmi 11 oyunda forma geyinib.


Son xəbərlər