“Qəbələ” beşinci rəsmi transferini gerçəkləşdirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.
Minskin "Smena” klubunun yetirməsi olan Sivakov karyerası ərzində İtaliyanın "Kalyari”, "Pyaçentsa”, Polşanın "Visla”, Belçikanın "Zulte Varegem”, Belarusun BATE, "Qomel” və Ukraynanın "Çernomorets” klubunda oynayıb. O, "Çernomorets"də "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.
M.Sivakov 4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.
Xatırladaq ki, “Qəbələ” Sivakova qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi