"Qarabağ" bizim üçün güclü rəqibdir. Onlar Avropa Liqasının 1/16 finalında oynaya bilərdilər. Lakin mübahisəli qərara görə bu şansı itirdilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Legiya"nın baş məşqçisi Henninq Berq klubun rəsmi saytına açıqlamasında "Qarabağ"la yoxlama oyunundan sonra deyib.
Norveçli mütəxəssis bu oyunda gənc və yeni futbolçulara şans verdiyini bildirib: "Bu görüşdə gənc və yeni futbolçular oynadı. Məğlubiyyətə baxmayaraq onların oyunundan razı qaldım. Çempionatın ikinci dövrəsinə qədər komandanın tam hazır olacağına inanıram. "Qarabağ"la oyun futbolçular arasındakı fərqi, komandadakı inkişafı görmək baxımından əhəmiyyətli idi".
Qeyd edək ki, "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Legiya" Avropa Liqasının 1/16 final mərhələsində Hollandiyanın "Ayaks" klubu ilə qarşılaşacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?