"Karabükspor" klubunun baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayan Tolunay Kafkas qərarını dəyişib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, təcrübəli mütəxəssis superliqanın 17-ci turunda "Kayseri Ərciyəsspor"a məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb.
Lakin komandanın uğursuz çıxışlarına baxmayaraq rəhbərlik Kafkasın istefa ərizəsini qəbul etməyib. Rəhbərliklə görüş keçirən 46 yaşlı mütəxəssis qərarını dəyişərək komandadakı işini davam etdirməyə razılıq verib.
Qeyd edək ki, "Karabükspor" superliqada geridə qalan 17 turdan sonra 15 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?