"Qarabağ”la yollarını ayıran və "Hamburq"da baxışda olan İnnosent Emeqara Almaniya klubunun məşqçiləri tərəfindən bəyənilməyib.
Qol.Az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
İsveçrəli hücumçu ilə "Hamburq"la yanaşı İtaliyanın "Palermo" və "Parma" klubları da maraqlandığı bildirilib. Lakin o, "Hamburq"a üstünlük verərək komandanın Dubaydakı təlim-məşq toplanışına yollanıb. Bundan sonra isə adları çəkilən İtaliya klubları da futbolçudan imtina ediblər.
Bundesliqa təmsilçisi isə Emeqaranı baxışdan keçirdikdən sonra onu heyətində görmək istəməyib.
Hazırda klubsuz olan 25 yaşlı futbolçu yeni təklifləri gözləyir.
Qeyd edək ki, Nigeriya əsilli futbolçu bu mövsümün əvvəlində"Qarabağ"a transfer olunmuşdu. Ötən ilin dekabrında isə müqaviləsi başa çatan Emeqara “Qarabağ”dan ayrılıb. 2014/15 Azərbaycan Premyer Liqasında səkkiz oyunda beş qol vurub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?