"Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi komandadakı gələcək karyerası haqda danışıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 18 ay daha Mançesterdə qalacağını bildirən hollandiyalı futbolçu gələcək karyerasının ondan asılı olmadığını bildirib:
"Hələlik 18 ay daha buradayam. Ancaq bundan sonrakı karyeram məndən asılı olmayacaq. Gözləyib, görəcəyik. Komandanın nəticələrinə görə hər kəs məsuliyyət daşıyır. Bu mövsüm 20 oyun keçirdim və cəmi 8 qol vurdum. Düzünü desəm, çıxışımdan razı deyiləm. Daha çox qol vurmaq istəyirəm. Oyunlarda və məşqlərdə əlimdən gələni edirəm".
Qeyd edək ki, van Persi 2012-ci ildə "Arsenal"dan "Mançester Yunayted"ə transfer olunub.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"