"Arsenal"dan rəsmi transfer

"Arsenal"dan rəsmi transfer
XƏBƏR 25 Yanvar 2015 / 11:48 6625
-  A +

“Arsenal” növbəti transferini həyata keçirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi “Vilyareal”ın futbolçusu Qabriel Paulistanı heyətinə cəlb edib.

Müqavilə müddəti haqda məlumat verilməyib. Klublar arasındakı razılaşmaya uyğun olaraq “Arsenal”ın gənc hücumçusu Joel Kampbel mövsümün sonuna qədər “Vilyareal”da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 24 yaşlı Qabriel Paulista bu mövsüm “Vilyareal”da 29 rəsmi oyuna çıxıb.

Son xəbərlər