"Çempionluq uğrunda mübarizədə "Bredford"a, "Liverpul"a və PSJ-yə məğlubiyyət yaxşı olardı. Belədə biz yalnız Premyer Liqada çempionluq uğrunda mübarizə apararıq. Bu, ideal ola bilər, ancaq bizim üçün deyil".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo İngiltərə Federasiya kubokunda bu axşam qarşılaşacaqları "Bredford"la oyunöncəsi deyib.
"Mirror"a danışan portuqaliyalı mütəxəssis komandasının bütün turnirlərdə maksimum nəticə üçün oynayacağını bildirib: "Çelsi" bütün turnirlərdə maksimum irəliləmək üçün oynayacaq. Hər hansı bir turnirdə mübarizəni dayandırdıqda, baş məşqçilər adətən artıq növbəti turnirlər haqda düşündüklərini deyirlər. Lakin "Bredford"a uduzsaq, mən belə deməyəcəm. Çünki bu, bizim üçün utancverici olacaq. Bu turnirdə qələbə qazanmaq istəmədiyimizi söyləməsəm, azarkeşlər və oyunçuların üzünə necə baxaram? Ona görə bu axşam yalnız qələbə üçün meydana çıxacağıq".
Qeyd edək ki, "Çelsi" İngiltərə Federasiya kubokunun 1/16 finalında bu axşam öz meydanında "Bredford"la qarşılaşacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?