“İki kubokdan birini qazanmalıyıq” – Mirhüseyn Seyidov

“İki kubokdan birini qazanmalıyıq” – Mirhüseyn Seyidov
XƏBƏR 24 Yanvar 2015 / 01:20 2797
-  A +

“Təlim-məşq toplanışını çox yaxşı başa vurduq. Komandamızda yeni gənc oyunçular da oldu ki, özlərini yaxşı tərəfdən göstərə bildilər”.

Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov “Petrolul”la yoxlama oyunundan (1:0)sonra deyib.

O, Antalya hazırlığının yüksək səviyyədə keçdiyini qeyd edib: “Əsas sevindirici hallardan biri odur ki, zədəli futbolçularımız çox olmadı. Ümumi götürəndə hər şey yaxşı alındı. Bunun davamını çempionatda gətirmək istəyirik".

M.Seyidov  çempionluğa iddialı olduqlarını bildirib:“Hazırda əsas məqsədim komandamın uğurlarıdır. Millimizdə də çıxış etmək istəyirəm. Kim istəməz ki, milli komandada oynasın. “Neftçi”də yaxşı oynayıb özümü göstərməliyəm ki, milli komandaya da hazır olum. Komanda olaraq qarşımıza qoyulan əsas vəzifə “Qarabağ”la aramızdakı xal fərqini aradan qaldırıb çempion olmaqdır. Kubokda da yolumuza davam edirik. İki kubokdan birini götürməliyik”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu