"Çernomorets"in daha bir futbolçusu "Qəbələ"də

"Çernomorets"in daha bir futbolçusu "Qəbələ"də
XƏBƏR 23 Yanvar 2015 / 15:50 4784
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.Az-ın  məlumatına görə, baş məşqçi Roman Qriqorçuk sabiq komandası “Çernomorets”in futbolçusu Mixail Sivakovu “Qəbələ”yə dəvət edib.

Belaruslu yarımmüdafiəçi “Qəbələ”nin “Kuban”la keçirdiyi bugünkü yoxlama oyununda iştirak edib. Onunla müqavilə imzalanacağı gözlənilir.

Belarus millisində üç oyun keçirən Sivakov Polşanın “Visla”, İtaliyanın “Kalyari” kimi klublarında da çıxış edib.

Xatırladaq ki,  baş məşqçi Roman Qriqorçuk daha əvvəl “Çernomorets”dən Aleksey Qay, Ruslan Fomin və Dmitri Bezotosnını yeni komandasına cəlb edib.

Son xəbərlər