Dünyanın ən varlı futbol klublarının yeni siyahısı açıqlanıb.
Qol.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, siyahıda 20 klub yer alıb.
Madrid təmsilçisi ardıcıl 10-cu dəfə dünyanın ən zəngin klubu adını qazanıb. "Real"ın 2013/2014 mövsümündəki gəliri 549,5 milyon avro olub. Bu da əvvəlki mövsümlə müqayisədə 30,6 milyon avro çox edib.
"Mançester Yunayted" (İngiltərə) klubu ikinci, "Bavariya" (Almaniya) isə siyahıda üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıda Türkiyə təmsilçisi də var. "Qalatasaray" ən varlı klubların siyahısında 18-ci olub.
1. "Real" (Madrid, İspaniya) – 549,5 milyon avro
2. "Mançester Yunayted" (İngiltərə) – 518 milyon avro
3. "Bavariya" (Almaniya) – 487,5 milyon avro
4. "Barselona" (İspaniya) – 484,6 milyon avro
5. PSJ (Fransa) – 474,2 milyon avro
6. "Mançester Siti" (İngiltərə) – 414,4 milyon avro
7. "Çelsi" (İngiltərə) – 387,9 milyon avro
8. "Arsenal" (İngiltərə) – 359,3 milyon avro
9. "Liverpul" (İngiltərə) – 305,9 milyon avro
10. "Yuventus" (İtaliya) – 279,4 milyon avro
11. "Borussiya" (Dortmund, Almaniya) – 261,5 milyon avro
12. "Milan" (İtaliya) – 249,7 milyon avro
13. "Tottenhem" (İngiltərə) – 215,8 milyon avro
14. "Şalke" (Almaniya) – 213,9 milyon avro
15. "Atletiko" (Madrid, İspaniya) – 169,9 milyon avro
16. "Napoli" (İtaliya) – 164,8 milyon avro
17. "İnter" (İtaliya) – 164 milyon avro
18. "Qalatasaray" (Türkiyə) – 161,9 milyon avro
19. "Nyukasl" (İngiltərə) – 155,1 milyon avro
20. "Everton" (İngiltərə) – 144,1 milyon avro
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?