Antalyada təlim-məşq toplanışında olan "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
- Hazırlıq prosesi necə gedir?
- Hazırlığımız normal davam edir. Gündəlik məşq edir, plana uyğun olaraq yoxlama oyunları keçiririk. Yeganə mənfi məqam Aleksandr Amisulaşvilinin zədəli olmasdır. Yəqin ki, gürcü futbolçu bir ay komandaya kömək edə bilməyəcək. Onun yoxluğu komanda üçün ciddi itkidir.
- Mövsümün sonunda “İnter”lə yollarınızı ayıracaqsınız. “İnter”də çalışdığı müddətdə Kaxaber Sxadadze Azərbaycan futboluna nə verdi?
- Bu barədə mən danışa bilmərəm. Həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Bakıda çoxlu dostlarım var. Azərbaycanı xoş hisslərlə tərk edəcəm.
- Sizin gedişinizdən sonra oğlunuz Baçana Sxadadzenin “İnter”dəki taleyi necə olacaq?
- Onun "İnter"lə ilin sonuna qədər müqaviləsi var. Bu barədə indidən bir söz deyə bilmərəm. Hər şey yeni baş məşqçinin qərarından asılı olacaq. Ola bilsin, müqaviləsinin sonuna qədər klubda qalsın. Lakin yeni baş məşqçi istəməsə, komandadan ayrılacaq.
- Qış fasiləsində heyətə qatdığınız yeni futbolçuların hazırlıq səviyyəsi hansı səviyyədədir?
- Ruben Şaken yalnız sonuncu matçda ilk dəfə “İnter”in heyətində meydana çıxdı. Digər transferlərimiz komandanın məşqlərində və oyunlarında iştirak edirlər. Hamısından razıyam. Onların hazırlığı məni qane edir.
- “Xəzər Lənkəran”dan ayrılan Adrian Skarlatakenin “İnter”ə keçdiyi deyilir...
- Skarlatake ilə hansısa danışığımız olmayıb. O, “Xəzər Lənkəran”ın oyunçusudur. Həmin klubla müqaviləsi var.
- Klubun prezidenti Georgi Nikolovla aranızda problem var?
- Xeyr, onunla heç bir problemim yoxdu. Məni komandaya Cahangir Hacıyev dəvət edib. Hansısa problem olduqda da, ona müraciət edirəm.
- Amma Nikolov bura gələrkən siz komandanın düşərgəsində deyildiniz.
- Həmin vaxt Gürcüstan patriarxı ilə görüşə getmişdim. Bu səbəbdən də görüşə bilmədik.
- Qış fasiləsində komandanın heyəti gücləndi. Düşünmək olar ki, Kaxaber Sxadadze “İnter”i çempion kimi tərk etməyi düşünür?
- Biz hər zaman çempionluq uğrunda mübarizə aparırıq. Elə məşqçi tapılmaz ki, o, çempion olmaq istəməsin.
- Çempionluq yolundakı əsas rəqibiniz olan “Qarabağ” hazırda necə təsir bağışlayır?
- “Qarabağ”ın gücü hər kəsə məlumdur. Ağdam təmsilçisi Avropa səviyyəsində bir komandadır.
- Türkiyənin “Kasımpaşa” klubunun Derlis Meza Kolli ilə maraqlandığı bildirilir.
- O, heç yerə getmir. Futbolçu müqaviləsinin sonuna qədər komandada qalır. Hazırda Derlislə bağlı “Kasımpaşa” ilə heç bir danışıq aparılmır.
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti
"Qarabağ" derbidə "Neftçi"ni belə məğlub etdi - Video
"Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar" - Qurban Qurbanov
“Aston Villa”dan əzmkar oyun, 4 cavabsız qol
"Qarabağ" "Neftçi"yə, “Sabah” “Kəpəz”ə qalib gəldi
“Sassuolo” səfərdə “Atalanta”nı darmadağın etdi
"Sabah" səfərdən 3 xalla qayıtdı - Video
Voleybol millimiz Türkiyəyə məğlub oldu
"Oyundan yox, nəticədən məmnunam" - Valdas Dambrauskas
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Qarabağ" - "Neftçi" - Heyətlər
“Real” Rüdiger ilə danışıqları dayandırdı
Yüksək Liqanın oyun cədvəli açıqlandı
Olimpiya çempionumuz İslamiadada finala yüksəldi
Messinin 400-cü assisti
"Kəpəz" braziliyalı oyunçu ilə yolları ayırdı
"Kəpəz" - "Sabah" - Heyətlər
Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçildi
Azərbaycan klubundan Tanzaniya millisinə
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Messi dubl etdi, “İnter Mayami” 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Premyer Liqanın liderindən xal itkisi - Video
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video