Türkiyənin Antalya şəhərində keçirilən "Qarabağ" - "Sürix" oyununu (1:1) idarə edən FİFA referisi Rəhim Həsənov matçdan dərhal sonra Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib.
Qol.Az müsahibəni təqdim edir
- Bu gün (dünən – red.) Avropa Liqasının qrup mərhələsində oynamış iki komandanın matçını idarə etdin. Görüş barədə fikirlərini bilmək istərdik.
- Gördüyünüz kimi oyun yüksək mübarizə şəraitində keçdi. Hakimlər Komitəsinin qoyduğu plan o idi ki, bu görüşlərdə fiziki durumumuzu yaxşılaşdıraq və oyunda düzgün mövqelərdən istifadə edək. Bu görüşdə həmin tapşırıqların öhdəsindən gələ bildik. Məncə, hər şey yüksək səviyyədə oldu.
- “Sürix” və “Qarabağ” klubları oyundan əvvəl matçı FİFA referisinin idarə etməyini istəyib və bir neçə gün əvvəl artıq bu görüşü snin idarə edəcəyin bəlli idi. Qarşılaşmaya xüsusi hazırlaşmışdın?
- Bəli, hələ Bakıdakı toplanışımızda b təyinat mənə deyilmişdi. Bu təyinat əsaslnda hazırlaşırdım. Gördüyünüz kimi, oyundan üzüağ çıxdıq.
- Oyunu idarə edərkən içində bir “Qarabağ”lı ruhu var idi?
- Əlbəttə ki, bütün komandalarımıza ürəyimiz yanır. Amma qaydalar hər oyunda eynidir. Özünüz də gördünüz ki, bugünkü görüşdəki idarəçəlik digərlərindən fərqlənmədi.
- Bu xüsusli məşqlər, fiziki hazırlıqlar ona hesablanıb ki, hakimlərimizin səhvləri Premyer Liqamızın 3-cü və 4-cü dövrlərində minumuma enidirilsin. Hakimlərin bu hazırlığı çempionatımızın gərgin dövründə oyunların yükünü qaldırmağa imkan vercəkmi?
- Qarşımıza qoyulan plan üzrə çalışırıq. Gündə iki dəfə məşq edirik. İki dəfə isə nəzəri dərslər keçirilir. Bu gün (dünən-red.) isə FİFA təlimatçısı Aleksey Sprin düşərgəmizə qoşuldu. Təlim-məşq toplanışımız planlı şəkildə davam edir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?