"Qarabağ" bu gün gözəl oyun sərgilədi. Millinin futbolçularından Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynovun oyununu çox bəyəndim. Sürətli və maraqlı matç oldu".
Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə millimizin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın "Sürix"lə 1:1 hesabı ilə bərabərə qaldığı qarşılaşmadan sonra deyib.
O bildirib ki, izlədiyi matçlarda futbolçular çox yaxşı çalışırlar:
"Bu keyfiyyətləri nəzərə alaraq düşünürəm ki, milli komandanı yaxşı səviyyəyə çatdıra bilərik.
Mən burada tək deyiləm. Baxa bilmədiyim matçları köməkçilərim izləyir. Millinin futbolçularının bir çoxunun oyununu Norveçə qarşı matçda görmüşəm. Milli komandada yaxşı gənc və bacarıqlı futbolçular görə biləcəksiniz" - deyə o bildirib.
Təcrübəli mütəxəssis deyib ki, fevralda millinin təlim-məşq toplanışı olacaq: "Təlim-məşq toplanışı zaman bir yoxlama matçı da keçirəcəyik".
R.Prosineçki milli komandanın kapitanı Rəşad Sadıqovla olan görüşü haqda da danışıb:
"Maraqlı və səmimi söhbətimiz oldu. Mən çalışacam ki, kapitanla gələcəkdə tez-tez söhbət edim. Onunla söhbətimizdən hiss etdim ki, Rəşad milli komandanın uğurları üçün çalışmağı həqiqətən istəyir. Onun enerjisi də buna imkan verir. Bugünkü oyunda da Rəşad özünü yaxşı tərəfdən göstərdi".
O, R.Sadıqovun milli komandada kapitan kimi qalıb-qalmayacağı ilə bağlı verilən sualı isə belə cavablandırıb:
"Rəşad oynadığı müddətdə kapitan qalacaq".
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!