Antalyada qış təlim-məşq toplanışında olan "Simurq", ötən gün hazırlıq proqramına əsasən iki məşqə çıxıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, səhər məşqindən öncə baş məşqçi Georgi Çixradze bütün futbolçuları ətrafına yığaraq 20 yanvar Azərbaycan xalqının hüzn günü olduğunu bildirib və qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Bundan sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib.
Səhər məşqi qaçış və isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirildikdən sonra futbolçular iki qrupa bölünüb və baş məşqçinin tapşırığı əsasında taktiki tapşırıqlar yerinə yetirilib. Çalışmalarda ayaqlarında yüngü ağrılar hiss edən Marko Stanoyeviç və Əli Gökdəmir iştirak etməyib.
Yerli vaxtla saat 17:00-da start götürən axşam məşqində isə bütün futbolçular iştirak edib. Qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. Çalışmanın növbəti hissəsində isə səhər məşqində verilən taktiki tapşırıqların həyata keçirilməsindən ibarət ikitərəfli oyun keçirilib.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda