"Neftçi"nin rəqibi dəyişdi

"Neftçi"nin rəqibi dəyişdi
XƏBƏR 20 Yanvar 2015 / 13:35 3330
-  A +

“Neftçi” klubunun bu gün Antalya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi dəyişib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşmaqdan imtina edib.

Buna Türkiyənin "Elazığspor" klubundan gələn təklif səbəb olub. Beləliklə, komanda bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən azərbaycanlı futbolçu Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi "Elazığspor"la üz-üzə gələcək.

Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və "Neftçi"nin futbolçuları oyuna qara sarğı ilə çıxacaq.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır