“Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanın məsləhətindən sonra Lionel Messi “Barselona”dan ayrılmaq fikrindən daşınıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Barselona”nın sabiq çalışdırıcısı Messiyə zəng vuraraq ona “Barselona”da qalmağa inandıra bilib.
Söhbət zamanı Qvardiola Messiyə “Barselona”nın onun karyerasına və şəxsi həyatına verdiyi töhvəni xatırladıb. Eyni zamanda bildirib ki, o, heç bir klubda “Barselona”dakı dəstəyi görə bilməz və hazırkı səviyyədə çıxış etməsi mümkün deyil.
Qeyd edək ki, son günlər baş məşqçisi Luis Enrike ilə münasibətlərinin gərgin olması səbəbindən argentinalı hücumçunun “Barselona”dan ayrılacağı iddia olunurdu.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?